Общество и Армия
Международная сеть правозащитных организаций в поддержку призывников, военнослужащих и альтернативнослужащих: действия по обеспечению верховенства права
Fəvvarələr Meydanında etiraz edənlərin sayı 3 minə çatıb

Fəvvarələr Meydanında aksiyada iştirak edənlərin sayı təxminən 3 min nəfər təşkil edib. İştirakçıların sayı həlak olanların qohumları və hər tərəfdən meydana gəlməyə davam edən gənclər hesabına artıb. Polis onların qarşısını almaq iqtidarında deyil və yalnız meqafonlarla etirazçılara dağılmaq çağırışı etməklə kifayətlənir.
Lakin gənclər “İstefa!”, “Polis, öz xalqına zülm etmə!”, “Getməyəcəyik!” şüarlar səsləndirirlər.
Eyni zamanda polis ayrı-ayrı aksiya iştirakçıları saxlayaraq, maşınlara mindirib aparır. Lakin yüzlərlə polis olmasına baxmayaraq, onların aksiyanın qarşısını almağa gücü çatmır.
Aksiyanın daha bir xüsusiyyəti onda çox saylı yaşlı nəslin nümayəndələrinin, xüsusən əllərində həlak olmuş oğullarının və qohumlarının portretlərini tutan qadınların iştirakıdır

Contact.az